SMM Baku | Bloq nədir?

Bloq nədir?


Bloq nədir?

Biz, SMM Baku komandası olaraq saytımızda BLOQ bölməsi yaratmağa qərar verdiyimizdə qarşımızda bir çox məqsəd var idi.

Bir azdan bu məqsədləri bir-bir açıqlayacağam. Məhz buna görə də əgər sizi “bloq nədir?”, “necə bloq yaza bilərəm?” , “bloq yazmaq üçün nələr etməliyəm?” və ya sadəcə, “insanlar niyə bloq yazırlar?” kimi sualların cavabı azacıq da olsa maraqlandırırsa, bu bloq sizin üçün yazılır. 

1. Trafikin artırılması.
Mütəmadi olaraq aktual mövzular barədə bloqların yazılması, sizi və web saytınızı fərqli mövzularda məlumat toplamaq istəyən, axtarış edən insanlara aparan ən optimal üsuldur. Yəni, özünüzü, işinizi, fikirlərinizi, təcrübələrinizi insanlarla bölüşməklə həm kimlərəsə hansısa mövzuda yardım etmiş, həm də özünüzü cəmiyyətə, sosial mühitə tanıtmış olursunuz. İnformasiyanın alınmasının və paylanmasının bu qədər rahat olduğu bu dövrdə internet aləmində, paylaşdığın hər hansı bir informasiya ilə önə çıxmaq olduqca çətindir. Bloqların mütəmadi yazılması və geniş mövzuları əhatə etməsi onların tapılmasını və daha geniş kütləyə çatmasını asanlaşdırır. Siz daimi yazdıqca daimi oxucularınız da olacaq. Bununla siz öz web saytınızın trafikini artırmış olursunuz. Daim artan trafik isə sizin biznesinizin, fərdi fəaliyyətlərinizin inkişafı deməkdir. 

2. Biliklərin artırılması.
Təbiidir ki, insan bir mövzu haqqında yazmaq istəyirsə, ilk öncə bu mövzü haqqındakı biliklərini təkminləşdirir. Daim fərqli mövzularda bloq yazan insan özü də hiss etmədən daimi araşdırmaların içində olur. Bir mövzu haqqında müəyyən bir fikir formalaşdırmaq üçün birdən çox mənbələrdən bu mövzunun araşdırılması mütləqdir. 
Yalnız bundan sonra ortaq məxrəcə gəlib, öz çıxartdığın nəticələri ümumi bir fikir altında formalaşdıra bilərsən. İnsan təbiyyətində bildiklərini başqaları ilə də bölüşmək istəyi hər zaman olub. Əgər sən bunları etmisənsə, və beynində araşdırmaların haqqında müəyyən bir fikirlər formalaşıbsa niyə bunu yazıya çevirməyəsən? Təsəvvür edin, sizin əlinizdə elə bir mikrofon var ki, bütün insanlıq sizi eşidə bilir. Bəli, “internet” bizə bu imkanı yaradıb. Əgər siz bir dəfə o mikrofonu əlinizə alıb, səsinizi, fikirlərinizi, bilgilərinizi insanlara necə rahat çatdıra bildiyinizi anlasanız, yazmaq sizin ən böyük hobbinizə çevriləcək. Və siz inkişaf və informasiya dənizində daimi səfərə çıxacaqsınız. 

3. Özünü ifadə etmək bacarığı. 
Burada, şəxsi inkişafa həm də fikirlərini daha rahat çatdıra bilmə aiddir. İnsanlar var ki bilirlər, ancaq bu biliklərini ətrafa çatdıra bilmirlər. Ünsiyyətdə və özünü ifadədə əziyyət çəkirlər. Bu isə insanın sosial və iş həyatına birbaşa mənfi təsir göstərir. Əgər siz Bloq yazmağa cəsarət etsəniz artıq özünü ifadənin qapısını açmış olacaqsınız. Daimi bloq yazmaq insanın həm yazılı həm də şifahi formada fikirlərini düzgün və səlis formada ifadə etməsinə kömək edir. Yazdığınız bloqdakı mövzularla mütləq ki razılaşmayanlar olacaq. Lakin sizinlə həmfikir olan insanların var olduğunu görmək real həyatda da birbaşa tənqiddən çəkinmədən fikirlərinizi ifadə etməyə kömək edəcək. 

4. Orfoqrafik yazı qaydalarının inkişafı.
Sizin yazdığınız bloqlarda hərf səhvləri, müxtəlif mexaniki və qrammatik səhvlər ola bilər. Ancaq daimi oxucu və yazarsınızsa, get-gedə bu səhvlərin sizi narahat etdiyini hiss edəcəksiniz. Sizin üçün müəmmalı olan hər məqamı araşdırmağa və dəqiqləşdirməyə başlayacaqsınız. Bu da sizdə düzgün qrammatik və orfoqrafik yazını vərdiş halına gətirəcək. 

5. PR-Qazanc mənbəyi.

Daha geniş kütləyə xitab edən insanların işi ilə ön planda olma şansı da yüksək olur. Yəni, əgər siz bloqlarınız sayəsində axtarılacaq, oxunacaq və tanınacaqsınızsa, bu birbaşa sizin işinizə və “sifariş”-lərinizə də böyük təsir göstərəcək. Sizin oxucunuz həm də sizin müştəriniz ola bilər! 
Bundan başqa blogunuz çox oxunulsa və böyüsə siz öz bloqunuzda ödənişli reklam yerləşdirə bilərsiniz. 

Qısacası; Bloq yazıları sadəcə inkişafdır! Bu yolda komandamıza uğurlar diləyirəm.

Son Əlavə olunanlar
 Gələcəkdən günümüzə!
Gələcəkdən günümüzə!

Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “T

Kreativlik xilas edəcək!
Kreativlik xilas edəcək!

Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb

 Korporativ email necə açılır?
Korporativ email necə açılır?

Günümüzdə marketinq ilə əlaqədar ən çox maraqlı mövzulardan