Dizayn mövzusunu ümumilikdə izah etməyə gərək yoxdur, amma fiziki dünya ilə müqayisə etmiş olsaq rəqəmsal dünyadakı dizayn sizin libasınızdır. Nə qədər zövqlü geyindiyiniz, geyiminizlə nə ifadə etdiyiniz fiziki dünyada olduğu kimi rəqəmsal dünyada da çox vacibdir. Dərziniz yaxşı olmasa və ya geyim seçimi məsələsini işini bilən birinə verməsəniz nəticələr heç də ürək açan olmayacaq. Dediklərimizin eynisi rəqəmsal dünyada da keçərlidir, çünki sizi fərqləndirən stilinizdir. İstər loqo dizaynı, istər korporativ dizayn, istərsə də sosial media posterləriniz öz fərqinizi ortaya qoymaq üçün ilk amillərdəndir. Dizayn ilə ilk baxışdan özünüzü necə təqdim etməyiniz bir sonrakı mərhələyə keçiddə sizi daha çox tanımaq istəyənlər üçün çox önəmlidir.
Bütün bunları nəzərə alaraq dizayn məsələsinin nə qədər önəmli olduğunun fərqinə varmaq çətin deyil. Mütləq hədəf və fəaliyyət sahənizə uyğun dizayn xidməti alın. Marketinq fəalliyətinin son hədəfinin şirkətin mənafeyi üçün çalışdığını da göz önünə alsaq, dizayn da bu və ya digər şəkildə sizin şirkət hədəflərinizə çatmanız üçün xüsusi önəm daşıyır.
Dizaynda unikallığınız loqonuzdan başlayır. Loqodan başlayan dizayn unikallığı veb saytla davam edir və SMM fəaliyyətinizlə yekunlaşır. Bu dizayn unikallığı hər detalında maksimum sizi xatırlatmalıdır. Dizayn seçiminin önəmi o qədərdir ki, şirkət prinsipləriniz belə korporotiv dizaynda əks olunmalı və xidmət sahənizi özündə əks etdirməli, dizayn strategiyanızda sizi tamamlamalıdır. Seçilən rəng, element və digər dizayn detalları sizin unikallığınızı göstərməli, müştəriləriniz ilk baxışda sizi tanımalıdır.
Qeyd etdiyimiz kimi dizaynın unikallığı önəmlidir və unikallığın bir qolu isə rəng seçimidir. Rənglər psixologiyasına nəzər salsaq, hansı rəngin nə anlam verdiyini, həmçinin hansı rəngin insanlara necə təsir etdiyini görmüş olarıq. Örnək olaraq siz dizayn zamanı etibarlılığınızı ön plana çıxartmaq istəyirsinizsə, mavi rəngdən istifadə etməniz daha məqsədə uyğun olar. Hədəf kütləniz əsasən gənclərdirsə, o zaman sarı rənglərdən istifadə etmək məsləhət görülür.