SMM Baku | Domen nədir?

Domen nədir?


Domen Nədir?

İnternet dünyasının inkişaf edilməsi nəticəsində yeni yaranan suallardan biridə domen nədir?

Əyər gündəlik internetdən istifadə edib veb saytlara daxil olursunuzsa siz sayta daxil olmaq üçün internet brauzerinizdə url qisminə bir sayt adı yazırsınız.Bu yazdığınız sayt adı (smmbaku.az,facebook.com,google.com) domen adı sayılır.

Saytlar serverlərdə tərtib olunur və hər bir saytın ip adresi olur.İstifadəçilərin həmin adresə rahatca daxil olması üçün domen adı qeydiyyat olunur və domen həmin ip adrese bərkidilir.Yəni əyər domen adı qeydiyyat olunub ip adresi bərkidilməsə siz sayta daxil olmaq üçün ip adress (27.168.155.5.6)  yazmaq məcburriyətində qala bilərsiz.Məhz Domen adının qeydiyyat olunması səbəbi budur.

Domenlər əsasən 2 qrupa bölünür Beynəlxalq DomenlərRəsmi domenlər.

Beynəlxalq Domen nədir?

Beynəlxalq domenlər bütün dünyada bilinən hər ölkədə istifadə oluna biləcək domenlərdi.

Bunlardan  com,net,biz,org domenləri misal göstərmək olar.Bu domenlərin qeydiyyatı zamanı əsasən heç bir sənəd tələb olunmur.

.com  = Ticarət domen adı olaraq istehsal olunsa da, bu gün hər cür saytlar üçün istifadə olunmağa başlandı. İngilis dilində "  commercial deməkdir.
.net  = İngilis dilində "Network"  sözünün ixtisar olunmuş formasıdır.
.org  = təşkilatlar üçün istifadə olunur " Organization sözünün ilk üç hərfi kimi istifad' olunur. 
.biz  = Bu uzantı ingilis dilində mövcud olan Bussiness  sözünün ilk üç hərfidir.Əsasən iş və biznes üçün istifadə olunur.
.info  = Genişləndirmə məlumat deməkdir. İngilis dilində " məlumat"  sözünün qısaldılmasıdır.
.pro = Professional. İngiliscədə "professional "  sözünün qısaldılmışıdır.
.edu  = Təhsil müəssisələri üçün istifadə olunur və " education "  sözünün qısaldılmışıdır.
.gov  = Dövlət təşkilatlarının istifadə etməsi üçün nəzərdə tutlub.

Rəsmi domenlər.

Rəsmi domenlər isə yalnız həmin ölkədə qeydiyyat olunan və həmin ölkənin adı ilə bağlı olan domenlərdir. Məsələn Azərbaycanın rəsmi domeni .az Türkiyənin .tr USA-nın  .us  domenidir.

Az domeni  qeydiyyatı üçün https://online.az  saytına daxil ola bilərsiniz.

Son Əlavə olunanlar
 Gələcəkdən günümüzə!
Gələcəkdən günümüzə!

Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “T

Kreativlik xilas edəcək!
Kreativlik xilas edəcək!

Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb

 Korporativ email necə açılır?
Korporativ email necə açılır?

Günümüzdə marketinq ilə əlaqədar ən çox maraqlı mövzulardan