SMM Baku | Boş vaxtında pul qazan!

Boş vaxtında pul qazan!


İşdən sonra boş vaxt.

Gəlin sizin gününüzü hissələrə ayıraq. Bir gün 24 saatdan ibarədir və fərz edək ki bu günün 8 saatı işə digər 7 saatı isə yuxuda keçir. Geriyə qalan 9 saatı daha səmərəli sərf etməyin yolu freelance işlərdir. Freelance işlər boş vaxtınızıda pul qazanmağın və öz bacarığlarınızın inkşafı üçün mükəmməl bir yoldur. Freelance işləri çox genişdir. Bu işlər SMM, qrafik dizayn, mühasibatlıq, 3d modelling kimi qəliz sahələrə keçə bilər

Vaxtıma dəyər?

Yaxşı sualdı. İşdən yorğun gələndə yenidən iş görmək, əsasən bu işi görmək üçün motivasiyaya gəlmək çox çətin ola bilər. Əgər yeni bir bacarıq qazanmaq istəyirsinizsə və yaxud hazırda olan bacarığınızı inkşaf etdirmək istəyirsinizsə freelance işlər mükəmməl bir yoldur. Gəlin freelance-də inkşaf etmiş sahələrdən birinin ortalama statistikası ilə sizi motivə edim. Ziprecruiter saytının statistikasına əsasən, ABŞ-da freelance 3d dizaynerlər : İlə - 60 min dollardan çox, aya - 5 min dollardan çox, həftəyə min dollardan çox və günə 30 dollar pul qazanırlar. Sizə təqdim etdiyim bu statistika yanlız bir sahəyə aid idi. Qeyd edim ki 3d dizayn sahəsindən daha qəliz sahələr yanlız bir işə 3 min dollardan çox pul qazandıra bilər.

İnternetin və ikinci dil biliyinin sizə yardımı.

Freelance işlərin ən yaxşı tərəfi, bu işin yanlız lokal olmamasıdır. İkinci dil biliyi (İngilis dili burada aydın üstünlükdür.) sizə dünyanın istənilən yerindən iş tapmağa yardım edə bilər. Fiverr, UPWork, Freelancer.com kimi saytlarda, freelancer-lər günə 50-100 müxtəlif sahələrdən işlər paylaşırlar.

Sizə uğurlar.

Son Əlavə olunanlar
 Gələcəkdən günümüzə!
Gələcəkdən günümüzə!

Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “T

Kreativlik xilas edəcək!
Kreativlik xilas edəcək!

Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb

 Korporativ email necə açılır?
Korporativ email necə açılır?

Günümüzdə marketinq ilə əlaqədar ən çox maraqlı mövzulardan