SMM Baku | Gələcəkdən günümüzə!

Gələcəkdən günümüzə!


Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “Tesla” şirkətinin 6-cı elektromobil modeli “Cybertruck”ı ictimaiyyətə təqdim etməklə növbəti dəfə diqqətləri öz üzərinə çəkməyi bacarıb. Şirkətin ilk pikap modeli olan “Cybertruck” üçbucaq və trapesiya kimi həndəsi fiqurların birləşməsini xatırladan dizaynı ilə bütün gözləntiləri alt-üst edib. Texniki tərəflərinə görə “gələcəkdən gəlmiş avtomobil” adlandırılan “Cybertruck”ın dizaynı heç də birmənalı qarşılanmadı. İlk baxışda uşaq işi kimi görünən bu dizayn Fovizm cərəyanından ilhamlanıb. 

Fovizm XX əsrin əvəllərində Fransa boyakarlığında yaranmış avanqard cərəyanlardan biridir. 1905-ci ildə Paris Müstəqillər Salonunda çıxış edən bir qrup rəssama rişxəndlə "les fauves", yəni vəhşilər ləqəbi verməsi ilə əlaqədar fovizm termini meydana gəlib. Onu digərlərindən fərqləndirən cəh əti isə XIX əsrin bədii ənənələrinə qarşı çıxaraq yeni boyakarlıq üsullarını bərqərar etməyə çalışan cərəyan olması idi. Əslində, hamımızın içində bir fovizm var, çünki hamımız bu və ya digər mənada digərlərindən  fərqlənmək  istəyirik. Bəzən fərqli geyimlərlə, bəzən saç düzümümüzlə, bəzən də etdiklərimizlə. Bəs brendlər bundan niyə istifadə etmir? Madam ki, fovizm fərqlənmə yoludur. İlk və ən böyük səbəbi odur ki, bu cərəyan hər kəsə xitab etmir, daha doğrusu böyük kütlələrə. Səbəbi isə istifadə edilən çılğın rənglər və iti kəsimlərdir. İkinci səbəbi isə adından irəli gəlir. Əvvəldə qeyd edildiyi kimi fovizm vəhşi deməkdir.Yəni, daha üsyankar, itaətsiz insanların seçdiyi və sevdiyi bir yoldur. İş dünyasındakı insanlar isə daha limitləri gözləyən və standartlara uymağa çalışan fərdlərdən ibarətdir. Buna baxmayaraq, sərhədləri aşaraq da uğur qazanmağın mümkün olduğunu bir neçə gün əvvəl Elon Musk isbat etdi. Necə? Yük maşını deyə adlandırdığımız və əslində illərdir hamısı bir-birinə bənzəyən yük maşınlarının çox fərqli dizayn etmək, hətta bir sport maşını ilə belə müqayisə etməyin mümkünlüyünü göstərərək. Bəlkə də 2-3 il əvvəl belə maşınları ancaq elmi-fantastik filmlərdə görə bilərdik, indi isə cəmi bir neçə il sonra sürüb piknikə gedə biləcəyik. Özünün də dediyi kimi əgər bir şeyi etmək sizin üçün yetərincə önəmlidirsə, onda ehtimallar leyhinizə olmasa belə edin.

 

Son Əlavə olunanlar
 Gələcəkdən günümüzə!
Gələcəkdən günümüzə!

Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “T

Kreativlik xilas edəcək!
Kreativlik xilas edəcək!

Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb

 Korporativ email necə açılır?
Korporativ email necə açılır?

Günümüzdə marketinq ilə əlaqədar ən çox maraqlı mövzulardan