Haqqımızda


Biz və Beynimiz
Yaxın gəlin, özümüzü sizə biraz daha tanıdacağıq.

“SMM Baku” şirkəti olaraq 2016-ci ildən rəqəmsal marketinq sektorunda uğurla fəaliyyət göstərir, müştərilərimiz ilə girdiyimiz yolu sona qədər gedir və təklif etdiyimiz yollarla uğurlu nəticələr əldə etmələrinə kömək edirik. “SMM Baku” olaraq bazara uyğun rəqəmsal marketinq həlləri təklif edərək müxtəlif sektordan olan şirkətlərlə çalışırıq. Bizim əsas prinsipimiz bütün müştərilərimizə fərdi yanaşmaq, kreativ və effektiv yollar təklif edərək müştəri məmniyyətinin yüksəldilməsidir. Ən əsası isə biz və beynimiz müştərilərimiz üçün iş görmürük, yaradırıq!

Xidmətlərimiz
Rəqəmsal Həllər

İş zamanı müştərinin hədəflərinə uyğun rəqəmsal həllər.

SEO Marketinq

Axtarış sistemlərində ön sıralarda görünməniz üçün analizlər.

Yaradıcı Strategiya

Müştərinin imicinə uyğun yaradıcı konseptlər.

01.

Yaradıcılıq

Yaradıcı olmaq çalışma prinsipimiz deyil, yaşam tərzimizdir. Çalışmaq yox, YARATMAQ!

02.

Texnologiya

İstifadə etdiyimiz texnoloji alətlər işlərimizdə daha effektiv nəticələr əldə etməyə imkan verir.

03.

Fərqlilik

Hər müştərimizə yanaşmamız fərqli olduğu qədər bir o qədər də məxsusidir.

Bazara uyğun rəqəmsal marketinq həlləri
Bizi seçən müştərilərə fərdi və fərqli yanaşaraq beyin işi təklif edirik.
Üstünlüyümüz

Qarşıya qoyulan hədəfləri əsas götürür, brendinq və rəqəmsal marketinq sahəsində birlikdə addımladığımız şirkətlərə fərdi yanaşaraq dəyər qatırıq.

Yanaşmamız

Müştərilərimizlə çalışmağa başladığımız zaman şirkəti ən az şirkət işçiləri qədər tanıyıb, özümüzünkiləşdirdikdən sonra hədəflərə uyğun strategiya təyin edirik.

Hədəfimiz

Yaradıcılığımızdan hər kəsə ürəklə danışaraq bizi məsləhət görəcək məmnuniyyət dolu müştəri portfoliosu yaratmaq..

Enerji dolu və peşəkar komandanız var! Şəxsən mən komandanızın veb saytımızın hazırlanmasında göstərdiyi operativliyə heyran qaldım.
AZƏR ƏLİYEV

AKSENT ŞİRKƏTİ / TƏSİSÇİ

Kreativ yanaşmanız sayəsində qoyulan hədəflərə qısa zamanda çatmağa nail olduq. Bütün zəhmətləriniz üçün bir daha təşəkkür edirəm.
ALİM MƏMMƏDOV

THE SUN PUB / BAŞ MENECER

Kreativ, sistemli, peşəkar və müasir yenilik və idelarla dolu olan “SMM Baku” komandasının üzvlərinə dərin minnətdarlığımı bildirirəm.
İRADƏ ƏLƏKBƏROVA

WATER GROUP / BAŞ MƏSLƏHƏTÇİ

Bizim iş prinsipimiz
  • Yeni müştəri qazanmağımızın açarı kreativ yanaşmalarımızdır.
  • Bol şərhli, paylaşımlı kampaniyalar etmədikdə özümüzü iş görmüş hesab etmirik.
  • Özümüz məmnun qalmadıqda işi müştərimizə göndərmirik.
  • Sonsuz müştəri tələbinə sonsuz ideya, təklif və versiyalarla cavab veririk.
  • Müştərilərimizə dəyər verir və hədəflərə nail olmaq üçün var gücümüzlə çalışırıq.
  • İnkişafınız üçün sizə ən uyğun həll yolları təklif edirik.
Bizimlə Əlaqə
Komandamız

Bütün fəaliyyətlərin başladığı və bitdiyi həmin o şəxs

KÖNÜL ƏFƏNDİYEVA
LAYİHƏ RƏHBƏRİ

Yüz manatı xırda hesab edən satış direktorumuz.

AZƏR QULİYEV
SATIŞ DİREKTORU

"Yaratmaq" ifadəsinin sözün əsl mənasında haqqını verən şəxs.

GÜNAY SƏBZƏLİYEVA
KONTENT MENECERİ

Qrafikada mümkün deyil anlayışına yad olan biri.

MAMED ŞAHVERDİYEV
QRAFİK DİZAYNER

Virtual aləmdə yoxdan var yaradan əjdahamız.

ƏHMƏD RÜSTƏMOV
VEB PROQRAMÇI

Qola çevrilən reklam hədəfləri ilə sevilən şəxs.

MURAD AĞABƏYLİ
SMM MENECERİ

Müştərilərimizin istəklərini onlardan daha yaxşı bilən satış mencerimiz.

ELŞAD MUSAYEV
SATIŞ MENECERİ

Virtual görüntünüzün trendə uyğun hazırlanmasının təminatçısı.

AYGÜL MƏMMƏDLİ
FRONT-END PROQRAMÇI

Rahatlıq və gözəllik eşqini işinə tətbiq edərək ilhamlanan dizaynerimiz.

AYTAC ƏLİCANOVA
UI/UX Dizayner