SMM Baku | Kimlər Freelancer sayılır?

Kimlər Freelancer sayılır?


Freelancer - ştatdan kənar məşqulluq adlanır, şəxsi biznes praktikasıdır. Siz müştəriləri tapırsız, işləri görürsüz və pul qazanırsız. Freelance işlərə gələcəy şəxsi biznes üçün atılan addım kimidə baxmaq olar.

Freelancer-lər kimlərdi?

Freelancer-lər arasına demək olar ki, hər sahə üzrə insanlar var. Hətta son vaxtlar mühəndislər, menecerlər, məsləhətçilər da freelancer-lər sırasına daxil olublar. Bir çox freelancer-lər müştərilərini internet vasitəsilə tapırlar. Eyni zaman da daha çox müştəri əldə etmək üçün öz işlərini reklam edirlər. Freelancer-lərin gəliri peşəkarlığı, məşqulluq sahəsi, təcrübə, sifariş səviyyəsi və təqdimat bacarığından çox aslıdır. Təcrübəli freelancer-lər eyni sahə üzrə məşqul olan ştat işçilərdən 1,5-2 qat artıq gəlir əldə edir. Əgər freelancer regionda yaşayıb, paytaxt və ya beynəlxalq şirkətlərə çalışırsa, bu zaman gəlir fərqi dəfələrlə artıq olur.

Məsafəli iş əlaqəsi, müştəri ilə birbaşa görüşlər yox telefon, internet və ya digər növ vasitəsi ilə danışıqların aparılması deməkdir. Beləcə müştəri ilə icraçı bir-birindən məsafədə olurlar. Məsələn, freelancer-lər interneti sərfəli müştəri axtarışı üçün istifadə edir. Onlar sərfəli yerdə məskunlaşıb, işə daha yaxşı dəyər verən müştərilər ilə işləyə bilər. Əgər freelancer daha çox bir şəhərdə olub və müştəri ilə birbaşa görüş təyin edib danışıqlar aparırsa, o zaman bele növ iş məsafəli olmur. Lakin digər şəhərlərin müştərilərinə işləyirsə, bir başa görüş təyin etmədən bu məsafəli əlaqə işi deməkdir.

Son Əlavə olunanlar
 Gələcəkdən günümüzə!
Gələcəkdən günümüzə!

Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “T

Kreativlik xilas edəcək!
Kreativlik xilas edəcək!

Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb

 Korporativ email necə açılır?
Korporativ email necə açılır?

Günümüzdə marketinq ilə əlaqədar ən çox maraqlı mövzulardan