Korporativ email necə açılır?


Günümüzdə marketing ilə əlaqədar ən çox maraqlı mövzulardan biridə korporativ elektron poçtlardan hardan və necə açılmasıdır.

Çünki şirkətlərin rəsmi saytlarında, sosial şəbəkə hesablarında və ya iş elanları saytlarında bəzən saytın adına uyğun leketron poçtlar görürük. Məsələn elə SmmBaku şirkəti digər şirkətlər ilə yazışmalarda info@smmbaku.az poçtunu vakansiyalar və cv bazasın toplamaq üçün isə cv@smmbaku.az  poçtunu istifdə edir.

Elektron poçtlardan istifadə edərkən korporativ elektron poçtlardan istifadə etməyin avantajları nədir bəs?

İlk növbədə bilməyimiz lazımdır ki günümüzdə popular olan ən güvənilir elektron poçt servisi təqdim edən şirkətlərdə belə problemlər ola bilər.Hesabımız bağlana bilər,Məktublarımız silinə bilər hətta və hətta ehtimal az olsada həmin servis belə bağlana bilər və nəticə etibarı ilə email hesablar biznesimizin əsas hissəsindən biri olaraq belə halların olması bizim üçün ciddi problem yarada bilər.Lakin şəxsi serveriniz və ya hostinginizdə bu kimi hallara görə narahat olmağa dəyməz.Çünki Bütün elektron poçtlar serverdə saxlanılır və gündəlik ehtiyat nüsxələr götürülür.Bütün hesabların idarə edilməsi tam hüququ ilə sizdə olur. İstənilən vaxt istənilən hesablarda silmək,dəyişmək və yenisi əlavə et kimi əməliyyatlar aparmaq mümkündür.

Bəs Korporativ Email açmaq üçün nə etmək lazımdır?

Bunun üçün ilk növbədə Domeniniz və hostinginiz olmalıdır. Hosting və domeninizin olduğunu var-sayaraq davam edirəm.

İlk öncə hosting idarə etmə panelinə daxil olursunuz.Paneldə e-mail accaunts bölməsinə daxil olaraq yeni hesab yaradırsız.

Hesab yaradılarkən sizə sizə verilən məlumatları (port,server) telefonunuzdə və ya komputerinizdə email proqramlarına əlavə edərək istifadə edə bilərsiniz.Proqramsız istifadə etmək üçün isə webmail.saytinadi.com ünvanına daxil olaraq email və şifrəni yazıb istifad edə bilərsiniz.

Qeyd: SMMBaku şirkətində xidmətlər bölümündə mövcud olmasada bu xidməti şirkətlərə təklif etməkdədir.Əlaqə bölməsinə daxil olaraq bizimlə əlaqə saxlaya bilərsiniz.

 

 

 

 

profile photo
Əhməd Rüstəmov

Web Developer

2019-10-27