SMM Baku | Kreativlik xilas edəcək!

Kreativlik xilas edəcək!


Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb. Torpağı yaxşı olduğu üçün, digər ağaclar öz budaqları ilə işığının qarşısını almadıqları, insanlar budaqlarını kəsmədikləri üçün ƏN böyük ağac olub. Bəs bir insan necə ƏN fərqli ola bilər? Təbiki kreativliyi ilə.

Texnologiyanın,süni zəkanın ,robotların  hakim olacağı bir gələcəkdə sözsüz ki, kreativ beyinlərə daha çox ehtiyyac var. Bəs nədir bu kreativlik? Harda satılır? Necə alaq? Kimdən alaq? ''NASA’'nın bir neçə il əvvəl həkim George Land ilə birlikdə etdiyi araşdırmada aydın olub ki, beş yaşında olan insaların 98 faizi kreativ düşünmə bacarığına sahibdirsə, on beş yaşında bu rəqəm 12 faizə düşür. Nə baş verir? yaş artdıqca daha kreativ ola bilmərik? Hər nə qədər çətin olsa da ən dərinlərə basdırdığımız bu istedadı ordan çıxarda bilərik.

1. Cəsarətli olun - bəlkə dünyanın ən pis şeyini edəcəksiz, amma edin!

2. Səbrli olun - kreativlik ağlınıza gələn ilk şeyi etmək deyil, bu bir yoldur!

3. Başladığınız işi bitirin - balaca bir uşaq düşünün nə olsa çəkən, çəkdiyi rəsmləri başqalarına göstərməkdən çəkinməyən. İndi deyəcəksiz yenidən uşaq olaq, əgər lazımdırsa olun.

4. Paylaşın - Sosial mediadan xeyir gəlməz deyənlərə inanmayın :) Instagram story funksiyasını çıxartdıqdan sonra daha çox insan paylaşım etməyə başlayıb bunun səbəbi isə paylaşdıqları şəkil və videoların müvəqqəti olmasıdır. Siz də ‘’müvəqqəti narahatlığa’’ görə üzr istəmədən rəsmlərinizi paylaşın. Ən dadlı şokoladı belə hazırlasaz onu təqdim etməyin fərqli yolunu tapmadan nə ağzınız şirin olacaq, nə də brendiniz.

 

 

Son Əlavə olunanlar
 Gələcəkdən günümüzə!
Gələcəkdən günümüzə!

Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “T

Kreativlik xilas edəcək!
Kreativlik xilas edəcək!

Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb

 Korporativ email necə açılır?
Korporativ email necə açılır?

Günümüzdə marketinq ilə əlaqədar ən çox maraqlı mövzulardan