Adobe Photoshop və Illustrator nə ilə fərqlənir?
Kimin ki, qrafik dizayn haqqında azda olsa məlumatı var, Adobe Illustrator və Photoshop adını eşidib. Proqramların hər biri özünə məxsus imkanları ilə seçilir və fərqlənirlər. Bəs necə dəqiq bilə bilərik ki, hansı proqramın imkanları daha çox işimizə yarıya bilər və daha effektli olar.
Adobe Photoshop-un əsas xüsusiyyətləri
Məşhur proqramlardan biri olan Adobe Photoshop tək qrafik dizaynerlər arasında yox, eyni zamanda fotoqraflar arasında da çox istifadə olunur. Proqram tam olaraq istənilən şəkil üzərində kəsmək, dəyişmək, yenidən yaratmaq və digər prosesləri aparmaq üçün nəzərdə tutulub. Eyni zaman da şəkil üzərində istənilən rəngləri dəyişmək, fərqli effektlər vermək mümkündür. Adobe kampaniyası həmişə öz proqramlarının funksional olması üzərində işləyir və dəyişikliklər edir. Artıq Photoshop-la rəssamlar rahatlıqla şəkil çəkə bilər, dizaynerlər rəqəmsal şəkillər yarada bilər, fotoqraflar isə rahatlıqla şəkillər üzərində işləyib müxtəlif effektlər verə bilərlər.
Adobe Illustrator-un əsas xüsusiyyətləri
Adobe Illustrator qrafik vektor yaratmaq üçün əlverişli proqramdır. Qrafik şəkillər üzərində Adobe Illustrator vasitəsilə keyfiyyəti itirmədən daha rahat şəkildə dəyişikliklər etmək olar. Belə şəkillər logo düzəldəndə, infoqrafika yaradanda, mətnlərlə işləyəndə istifadə olunur. Bütün qrafik vektorların bu proqram vasitəsilə keyfiyyəti itirmədən rahatlıqla ölçüsünü dəyişmək olur. Illustrator-un imkanları tək qrafik vektorlar yaratmaqla bitmir. Eyni zamanda Adobe Photoshop vasitəsilə redaktə olunmuş şəkillər üzərində də dəyişikliklər etmək olur.
Geniş imkanlara malik olan Adobe Photoshop və Illustrator proqramlarının hərəsinin öz hədəfləri var. Adobe Photoshop sıfırdan şəkil çəkmək üçün ideal proqram olmadığı kimi, Adobe Illustrator proqramıda mövcud şəkillər üzərində işləmək üçün ideal deyil. Bu proqramların fərqini daha yaxşı anlamaq üçün müxtəlif proyektlər də işlədikcə daha aydın görmək olar.
Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “T
Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb
Günümüzdə marketinq ilə əlaqədar ən çox maraqlı mövzulardan