SMM Baku | Qrafik dizayn

Qrafik dizayn


Dizayn nədir?

Dizayn təkcə günlük  həyatda istifadə etdiyimiz əşyalar və ətrafımızda gördüyümüz görüntülərdən ibarət deyildir. Dünyada gördüyümüz, mövcud olan hər şey bir insan tərəfindən fərqli fərqli formalarda dizayn edilmişdir. Bir dizayn məhsulunu beynimizdə şifahi olaraq canlandıra bilərik. Dizayn sözünü ilk eşitdiyimizdə beynimizdə yaranan yalnız rənglər və ya hansısa elementi dəyişmək gəlir insanın ağlına. Dizayn sənətini özünə məxsus qolları və növləri var. Real həyatımızda olan dizayn işləri: karandaş işlərindən, yağlı boyadan, sulu boyadan və digər dizayna aid olan məhsullardan ibarət olur. Texnoloji yönündən dizayn məhsulları: Adobe Photoshop, Adobe llustrator, Adobe InDesign, CorelDRAW, 3Ds MAX kimi proqramlar sayılır.
Bəzi insanlar həm real həyatımızda həm də rəqəmsal mühitdə gözəl təsvirlər çəkib, fərqli dizaynlar ortaya çıxara bilirlər. Bəzi dizaynerlər isə real həyatda istedadlı olmasa da proqramlarla şah əsərlər meydana gətirir. Bunun bir sirri var: təsəvvür gücü.Real həyatda insanlar hansı sahədə istedadlı olduğunu bilirlər. Qara qələm, xətt, portret kimi sahələrdə istedadlı olan insanlar özlərini necə inkişaf etdirəcəklərini də yaxşı bilirlər.Texnoloji yönündə isə qrafik dizaynı, veb dizaynı bilmək bu qədər asan olmur. Çünki insanın baxıb öyrənəcəyi, özünə rəqib görəcəyi birinə ehtiyacı olur. Çox suallar meydana gəlir. Dizaynı necə öyrənə bilərəm, nədən başlamalıyam, hansı programla başlamalıam. Bunları bilmək üçün proqramın ən sadə imkanlarından başlayaraq, ən mürəkkəbinə doğru irəliləmək lazımdı. İlk gündən mürəkkəb işə üstünlük vermək insanın qabağa getməsini gecləşdirə bilər.
Qrafik dizayn sahəsinə başlayan insanlar çox vaxt qorxaraq yanaşıllar, yaxşı alınmaz, istedadım yoxdur qorxusu olur. Amma hər şey insanın özündən aslıdı və özü istəyərsə, çox çalışarsa öhdəsindən gələr. Qrafik dizayn proqramları öyrənilməsində əsl məsələ proqramın düzgün istifadə qaydasıdır. Nəticə olaraq Qrafik dizaynı öyrənmək istəyən hər bir insan ilk öncə nədən başlayacağını, hansı proqram ilə işləyəcəyini və hansı detallara diqqət etməli olduğunu bilməlidir. Planlı, diqqətli və həmişə öz üzərində çalışan insanlar yaxşı qrafik dizayner ola bilərlər. Ən əsas inamsızlıq, güvənsizlik hissləri olmasın. Hər nə qədər çətin iş olsa belə "Mən bunu bacararam" deyib işə davam edilməlidi.

Son Əlavə olunanlar
 Gələcəkdən günümüzə!
Gələcəkdən günümüzə!

Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “T

Kreativlik xilas edəcək!
Kreativlik xilas edəcək!

Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb

 Korporativ email necə açılır?
Korporativ email necə açılır?

Günümüzdə marketinq ilə əlaqədar ən çox maraqlı mövzulardan