Veb saytlar sizin rəqəmsal dünyadakı simanızdır. Fiziki dünyada özünüzü güzgüdə necə görürsünüzsə, rəqəmsal dünyada da veb saytınız sizi ətrafa o məntiqlə göstərir. Xüsusən dünyanın rəqəmsallaşdığı bir dövrdə insanların düşüncələrində sizin saytınıza olan yanaşmanız işinizə olan yanaşmanızla bərabər tutulur. Əgər rəqəmsal dünyadakı güzgüdə, yəni veb saytınızda özünüzü yaxşı göstərmirsinizsə, deməli sizin fəaliyyətiniz də keyfiyyətli deyil. Bu səbəbdən hər bir müştərimizə veb saytın hazırlanmasının və ya ehtiyac varsa dəyişiklik edilməsinin vacibliyini izah etməyə çalışırıq.
Veb saytların hazırlanması şirkətin fəaliyyət sahəsindən asılı olaraq məzmun və funkionallıqlarına görə fərqlənir. Bəzən sadəcə tanıtım məqsədli korporativ veb saytların hazırlanması ilə yanaşı əlavə funksionallıqları olan veb saytların hazırlanması ehtiyac olur. Bu səbəbdən ilk öncə şirkətlərin missiya və hədəflərini dəqiqləşdirməli, daha sonra isə bu hədəflərə uyğun olaraq fəaliyyətə başlanılmalıdır.
Veb saytlar istifadə üslubuna korporativ, elektron ticarət, portfolio və s. istiqamətli olurlar. Qeyd etdiyimiz istiqamətlər ən çox istifadə olunanlardır. Hər bir veb sayt stilinə ayrılıqda yanaşmış olsaq istər dizayn, istərsə də funksionallıq baxımından fərqlənirlər.
Veb saytlar müxtəlif proqramlaşdırma dilləri və ya məzmun idarəetmə sistemləri ilə hazırlanır. Təcrübələrimizə əsasən deyə bilərik ki, şirkətlərin veb sayt hazırlanmasında üstünlük verdikləri metod hazır sistemlər deyil, şəxsi istəklərinə əsasən hazırlanan saytlardır. Tamamilə özəl dizayn və sıfırdan hazırlanmış veb saytlar daha çox üstünlük təşkil edir. Buna səbəb məzmun idarəetmə sistemlərinin özlərinin hazır dizayn formalarının olması və dizayndan kənara çıxıldığı zaman problemlər yaşanmasıdır. Həmçinin lazımi funkionallıqların əlavəsi qəliz məsələdir və bəzən veb sayt üçün lazım olan hər funksionallığı tapmaq mümkün olmur. Yenidən hazırlanmış veb saytlarda isə, dizayndan başlayaraq digər bütün funkionallıq şirkət istəyinə uyğun olaraq bir-bir kodlaşdırılır.
SMM Baku ilə Veb sayt hazırlanması çalışmalarına başlamamışdan əvvəl bəzi suallarınıza cavab tapmanız üçün ən çox verilən sualları və onların cavablarını təqdim edirik.