
Shopper Marketing nədir?
Bu sualın cavabını bilmirsinizsə bloq tam sizə uyğundur!
“Bir markanın istehlakını artırmaq məqsədilə alıcı davranışında pozitiv bir dəyişiklik etmək üçün markettinq strategiyası ünsürlərinin sistematik şəkildə yaradılması və həyata keçirilməsidir”. Açıqlamada təməl fikir satışı həyata keçirmək olsa da, marka öz fokus nöqtəsinə istehlakçını qoyaraq onun istəklərinə fokuslanmalıdır.
Shopper Marketinqi həyata keçirmək üçün ilk edilməli olan alıcıları yaxından tanımaq olmalıdır. Bu nöqtədə datalar çox önəmli faktordur.
Məsələn, insanların alışveriş əsnasındakı duyğusal vəziyyətləri (ruh halı, satınalma davranışı və satınalma motivasiyası), vərdişləri (hansı gün və ya hansı saat aralıqlarında satış nöqtəsini ziyarət etdikləri, hansı satış nöqtələrini seçdikləri və s) kimi mövzularda məlumatlar əldə etsəniz, müəyyən edilmiş strategiya da sizi hədəfinizə bir o qədər tez çatdıracaqdır.
Shopper Marketinqin hansı mərhələləri var?
- İlk edilməli olan müştərini yaxından tanımaq, onların vərdişlərini və seçimlərini öyrənməkdir.
- İkinci mərhələdə isə istehlakçı və onların alışveriş alışqanlıqları haqqında data toplamaq
- Bu datalar yönündə strategiyalar inkişaf etdirmək. Əlinizdəki məlumatları doğru dəyərləndirərək müəyyən proqnozlar verməlisiniz.
- Son mərhələdə isə satış platformalarınızda istifadə etdiyiniz markettinq strategiyalarının sizə satış rəqəmlərində müsbət və ya mənfi dönüşünü, hədəf kütlənizdə yaratmaq istədiyiniz davranış dəyişikliyini təmin edib etmədiyini ölçməlisiniz. Bunun üçün də bütün markettinq proqramı müddətində sadəcə satış rəqəmlərini yox eyni zamanda satış kanallarındalı istehlakçı davranışlarına da nəzarət etməlisiniz. Bu müddətin sonunda əlinizdəki yeni məlumatlarla davam etdirdiyiniz strategiyalardan imtina və ya mövcud strategiyalarda inkişaf etdirmə qərarını daha asan və doğru bir şəkildə ala bilərsiniz.
Shopper Marketinq üçün qablaşdırma, müştərinin satınalma qərarına təsir edən ən önəmli ünsürlərdən biridir. Qablaşdırmaya önəm verib xüsusiləşdirərək müştərinin dəyərsiz bir məhsul alma qorxusunu aradan qaldırır və beləliklə “ilk satınalma hissi”ni müştəridə oyandırırsınız.
Buna misal olaraq, "Coca-Cola" şirkətinin məhsulun üzərində xüsusi sözlər yazması, Starbucks stəkanlarında müştərinin adının yazılması və s.
Shopper Markettinq niyə ortaya çıxdı?
Çünki artıq markaların və pərakəndəçilərin ipləri əlində tutduğu bir dövrdə yaşamırıq. Artıq pərakəndə sektorundakı yönləndirici ünsür bilavasitə müştərinin özüdür.
Dövrün şərtləri də fərqlidir:
- Hər kateqoriyada yüzlərlə fərqli marka var. Hamısı alış-veriş paketlərinə girmək üçün savaşır.
- İstehlakçı alış-veriş üçün yüzlərlə fərqli satış məcrası və marka içindən seçim etmək imkanına sahibdir.
- İnternet və sosial media istifadəçilərə və müştərilərə məhsulları müqayisə etmə və qarşılaşdırma mövzusunda sonsuz seçim təqdim edir.

Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “T

Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb

Günümüzdə marketinq ilə əlaqədar ən çox maraqlı mövzulardan