SMM Baku | SMM Xidmətləri

SMM Xidməti

smm xidməti

SMM – Rəqəmsal dünyadakı simanız.

Sosial Media Marketinq hər bir şirkət üçün əhəmiyyətli olan rəqəmsal marketinqin bir növüdür. Sizin şirkət olaraq müştərilərinizin olduğu hər yerdə fiziki olaraq fəaliyyət göstərməyiniz mümkün deyil. İstənilən nöqtədə olan potensial müştərinizə çatmanız üçün isə onların hamısının birlikdə olduğu yerdə tanınmalısınız. Sosial şəbəkələrdə olan insanlara, yəni potensial müştərilərinizə çatmaq, onlar ilə əlaqədə olmaq üçün sosial şəbəkələrdə özünüzə yer seçməlisiniz. Bu isə sadəcə korporativ səhifə açmaqla yekunlaşmamalı, həmçinin SMM xidməti təkliflərindən də istifadə edilməlidir.

Potensial müştərilərinizlə yaradacağınız əlaqələr, danışacağınız “dil” və quracağınız ünsiyyət tamamilə SMM xidməti vasitəsilə gerçəkləşdiriləcəkdir.
SMM xidməti üçün seçilən strategiya müştərilərinizin sizi daha yaxşı anlaması və sizin çatdırmaq istədiyiniz mesajı düzgün şəkildə əks etdirilməsini təmin edir. SMM xidməti potensial müştərilərinizin diqqətini çəkmək və satış etmək üçün effektiv yol hesab olunur. Siz məhsullarınızla maraqlanan şəxslər ilə nə qədər çox ikitərəfli ünsiyyət qursanız, satış etmək şansınız da bir o qədər yüksək olur. Bu zaman onların istəklərini müəyyən edə və təmin edə bilərsiniz. Beləliklə, markanız heç bir problem olmadan daha çox auditoriyaya çatacaq və rəqəmsal imiciniz formalaşacaqdır.

SMM nə üçün lazımdır?

Qeyd etdiyimiz kimi SMM sizin rəqəmsal dünyadakı ünsiyyət alətinizdir. Potensial müştəriləriniz sizi tapmaq istədikləri zaman məkandan asılı olmayaraq onlar üçün əlçatan olmalısınız. Potensial müştəriləriniz istədikləri zaman sizinlə əlaqə saxlaya bilməsələr sizin məhsul və ya xidmətinizi satan başqa rəqibinizi tapacaq, nəticə olaraq isə siz müştərini itirmiş olacaqsınız. SMM strategiyası sizin prinsip, müştəriyə olan yanaşma, üstünlük və digər məqamlarınızı da əks etdirməlidir. Günümüzdə rəqəmsal dünyaya uyğunlaşa bilən və düzgün SMM strategiyası qura bilən şirkətlər yaşayacaq, digərləri isə məhv olacaqlar.

SMM xidməti çərçivəsində hansı işlər görülür?

SMM xidməti fəaliyyətinə Facebook, Twitter, Instagram, YouTube və LinkedIn kimi sosial şəbəkələrdən istifadə olunaraq markaların imicinin formalaşdırılması daxildir. Şirkətinizin sosial şəbəkələrdə potensial müştərilərinizə çatdırılması, RTM, kreativ idea və fərqli yanaşmalarla markanızın rəqəmsal simasının yüksəldilməsi fəaliyyətləri də SMM xidmətlərinə daxildir. Ənənəvi marketinq metodlarından fərqli olaraq sosial media marketinqindən istifadə məqsədləri və imkanları genişdir. SMM vasitəsi ilə siz qısa zamanda idealarınızı yarada və tətbiq edərək uğurlu nəticələr əldə edə bilərsiniz.

SMM xidməti ilə bağlı ən çox verilən suallar

SMM Baku ilə SMM xidməti çalışmalarına başlamamışdan əvvəl bəzi suallarınıza cavab tapmanız üçün ən çox verilən sualları və onların cavablarını təqdim edirik.

SMM xidməti vasitəsi ilə siz daha az maddi vəsait və zaman sərf edərək daha geniş kütləyə şirkətinizi tanıda və satış həcmini artıra bilərsiniz. Sosial şəbəkələrin verdiyi digər üstünlük isə potensial müştəriləriniz üzərində hədəfləmə etmək, uyğun kontent seçmək, kampaniyalar təşkil etmək imkanlarının olmasıdır.
SMM əvvəlcədən müəyyən edilmiş strategiyaya uyğun olaraq davamlı olaraq aparılmalı, nəticələr əldə olunduğu zaman qəti şəkildə dayandırılmamalıdır. Sosial mediada fəaliyyət dondurulduğu zaman sizin əldə etdiyiniz nəticələr zaman keçdikcə aşağı düşür və nəticədə əhəmiyyətini itirir.
SMM fəaliyyətinizin istiqaməti sizin hədəf kütləniz, satdığımız məhsul və ya xidmət, bazardakı mövqeyiniz, məqsədinizə uyğun olaraq dəyişir. Strategiya hazırlanarkən bu faktorlar və gündəmdə olan trendlər nəzərə alınmalıdır ki, uğurlu nəticələr əldə olunsun.
Şirkətin bütün sosial şəbəkələrdə tanıdılması vacib hesab olunmur. Siz fəaliyyət göstərəcəyiniz sosial şəbəkəni seçmək üçün potensial müştərilərinizin hansı şəbəkədə daha çox toplaşdığını müəyyən etməli və araşdırma nəticələrinə uyğun olaraq qərar verməlisiniz. Sizin potensial müştəriləriniz olmayan şəbəkələrdə fəaliyyətiniz sizin zaman və maddi itkinizə səbəb ola bilər. Sizə uyğun sosial şəbəkələri müəyyən etmək üçün araşdırma edə və ya öz şirkətiniz üzərində test edə bilərsiniz.
Ödənişli reklamların həyata keçirilməsi ən vacib və diqqət yertirilməli olan məqamlardan biri hesab olunur. Sizin reklamınızın uğurlu olması üçün siz potensial müştəriləriniz olan, sizin məhsullarınızı ala biləcək olan şəxsləri müəyyən etməli, sizə uyğun sosial şəbəkəni seçməli və müştərilərinizə uyğun düzgün kontent seçməlisiniz. Bundan başqa daima dəyişən alqoritm, trend mövzular kimi fatorlar da reklamınızın effektivliyinə təsir göstərə bilər.