
Sosial Media müştərilərlə sağlam ünsiyyət qurmaq və potensial müştərilərə çatmaq üçün son dərəcə önəmli bir məcradır.
Bəs, hər hansı bir reklamdan istifadə etmədən Sosial Media səhifəsinin aktivliyini necə artırmaq olar?
1. İzləyiciləri sual verməyə təşviq edin.
Bir çox marka aktivlik yaratmaq üçün izləyicilərinə sual verib, onlardan cavab almaq üsulundan istifadə edir. Bəs bunun tam əksini sınamaq ağlınızdan keçibmi?
İzləyici kütlənizi sual verməyə təşviq etmək, səhifənizdə aktivlik yaratmaq üçün əvəzolunmazdır. Məsələn, bir mövzu və bitiş tarixi müəyyən edib, izləyicilərə verəcəkləri sualların kimlər tərəfindən cavablanacağı bilgisini verməlisiniz. Bu sualları işçiləriniz və ya həmin sahə üzrə mütəxəssis olan insanlar ilə birlikdə video və ya canlı yayım vasitəsilə cavablaya bilərsiniz. Bunu vaxtaşırı təkrarlaya bilərsiniz. Bu strategiya ilə kütləniz markanıza daha yaxın ola və tutarlı bir şəkildə dəyərli bilgilər əldə edə bilər.
2. Smayliklərlə duyğularınızı bildirin.
Smaylik istifadə olunan məzmunların, istifadə olunmayanlara nisbətdə daha yüksək rəy və paylaşım aldığını bilirdinizmi? Emojiləri, paylaşımınızı daha unudulmaz etməyə və səmimiyyətinizi ifadə etməyə yardımçı olacaq bir vasitə olaraq düşünün
3. Yarışmalar təşkil edin.
Tək bir əyləncəli sual, Facebook aktivliyinizi zirvəyə apara bilər. Marka dəyərlərinizə zidd olmayan, onları hərəkətə keçirəcək səviyyədə diqqət çəkici və əyləncəli bir sual verə bilərsiniz. Yarışma nəticəsində verəcəyiniz hədiyyəni elan etmək və ya gizli saxlamaq sizin seçiminizdir: ancaq hər iki halda da təqdim edəcəyiniz hədiyyə ilə izləyicilərinizi tətmin etməyiniz gərəkdir.
4. Gündəmə uyğun məzmunlar (RTM) yaradın.
Trendləri izləmək, insanlar üçün aktual olan mövzularda məzmunlar hazırlamaq, sosial media postlarını gündəmə uyğunlaşdırmaq aktivliyinizi artıracaq, insanları bəyənməyə və paylaşmağa təşviq edəcək.
5. Dəyərlərinizdən danışın.
İnsanlar, pul qazanmaqdan daha artığını önəmsəyən və ya ən azından belə hiss etdirən markaları daha çox sevir. Bu səbəblə sosial mediada sadəcə korporativ postlara yox həmçinin önəm verdiyiniz və riayət etdiyiniz dəyərlərlə bağlı postlara da yer verin.
Kommersiya məqsədi güdməyən və dəstəklədiyiniz quruluşlarla bağlı yenilikləri, qurum olaraq qatıldığınız xeyriyyə eventlərini və ya üzərində işlədiyiniz sosial cavabdehlik proyektlərini hesablarınızda paylaşa bilərsiniz.
6. Lifestyle məzmunlara yer verin.
Sosial Mediada sadəcə məhsul/xidmət satmağa yönəlmiş paylaşımlar etsəniz, müəyyən bir vaxtdan sonra bu ən yaxşı halda izləyicinin sıxılmasına və səhifənizi izləmədən çıxarmağa yol açacaqdır. Bunun qarşısını almaq üçün korporativ paylaşımlarla yanaşı lifestyle məzmunlar da tərtib etməlisiniz. Məsələn, hansı sahədə çalışmağınızdan asılı olaraq, həftəsonu ediləbiləcək event məsləhətləri, qış aylarında görülməli yerlər və s.
7. Vizualları cəlbedici hazırlayın.
Günümüzdə yaxşı vizual ümumən insanlar üçün önəmli faktorlardan birinə çevrilib. Keyfiyyətli post hər zaman bəyənmə alır.
8. Çoxluğu deyil, keyfiyyəti əsas tutun
Çoxları elə düşünür ki nə qədər çox paylaşım etsə o qədər çox aktivlik olar. Ancaq bu belə deyil. İzləyici eyni tipdə çox paylaşımdan qıcıqlana və sizi izləmədən çıxara bilər. Bu səbəbdən paylaşımın sayından çox, doğru vaxtda, doğru hədəf kütləyə, düzgün məzmunla çatmağa önəm verməlisiniz.

Bu günlərdə Los Ancelesdə keçirilmiş təqdimatda Elon Musk “T

Bir meşədəki ən uzun ağac öz qərarı ilə ən uzun ağac olmayıb

Günümüzdə marketinq ilə əlaqədar ən çox maraqlı mövzulardan